Bakı,TurkicWorld
Terror təşkilatı İŞİD-a bağlı olduğu iddia edilən və İnterpol-Avropol İdarəsi tərəfindən axtarışa verilən Çeçen əsilli şübhəli B.E. İstanbulun Başakşehir rayonunda keçirilən əməliyyat zamanı saxlanılıb.
TurkicWorld xəbər verir ki, Dekabrın 16-da İnterpolun Baş Mühafizə İdarəsinə göndərilən məlumatda Çeçenistan Polis İdarəsi B.E-nin silahlı bir hücum həyata keçirərək 400 min rubl və bir neçə əşya oğurladığını bildirib.
Bundan əlavə, onun İŞİD-a qoşulduğu və casusluq şəbəkəsinin bir üzvü olduğu iddia edilir.
İstanbul Respublika Prokurorluğunun həbs qərarının ardından Terrorla Mübarizə Şöbə Müdirliyi əməliyyata başlayıb. Şübhəli şəxs səhər saatlarında keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Hal-hazırda araşdırmalar davam etdirilir.