Bakı. TurkicWorld:
Türk Hava Yolları 2033-cü il hədəflərini açıqlayıb.
TurkicWorld xəbər verir ki, 91-ci ildönümünü qeyd edən THY, COVID-19 qlobal epidemiyasının təsirli olduğu illər istisna olmaqla, son 22 ildə daxili və xarici sərnişin sayını davamlı olaraq artırmağı bacarıb.
Türk Hava Yolları (THY) strateji planı çərçivəsində 2033-cü ildə donanmasında olan təyyarə sayını 813-ə çatdırmağı və ildə 171 milyon sərnişin daşımağı hədəfləyir.
Şirkət tarixində 2003-cü ildə daxili və xarici xətlərdə daşınan sərnişinlərin ümumi sayı 178 milyon olduğu halda, bu rəqəm 2008-ci ildə 250 milyon, 2015-ci ildə 500 milyon, 2018-ci ildə isə 750 milyon olaraq qeyd edilib.
Məlumat üçün qeyd edək ki, THY 456 təyyarədən ibarət gənc donanması ilə 130-dan çox ölkəyə uçuşlar həyata keçirir.
THY təyyarələri gündə orta hesabla 249 mindən çox sərnişin və orta hesabla 4 min 761 ton yük daşıyır.
Hafiz Rufizoğlu