Son dəqiqə

Türkiyə Türk Hava Yolları Dəməşq Hava Limanı Türk Hava Yolları İstanbul-Dəməşq reysləri THY Dəməşq reysləri artırıldı THY Suriyaya uçuşları THY beynəlxalq reyslər

Türk Hava Yolları Dəməşq reyslərinin sayını artırır

BAKI, TurkicWorld

Türk Hava Yolları İstanbul-Dəməşq arasında uçuşların sayını artırır.

TurkicWorld xəbər verir ki, Türk Hava Yolları (THY) İstanbul-Dəməşq istiqamətində artan tələblə əlaqədar olaraq uçuş sayını artırmaq qərarına gəlib.

Hal-hazırda həftədə 7 dəfə həyata keçirilən reyslərin sayı iyul ayından etibarən 12-yə çatdırılacaq.

THY-nin məlumatına görə, 8 iyul tarixindən başlayaraq "TK-846" və "TK-847" reyslərinə əlavə olaraq "TK-848" və "TK-849" nömrəli yeni reyslər də müntəzəm uçuş cədvəlinə daxil ediləcək.

Qeyd edək ki, THY Suriyadakı vətəndaş qarşıdurmaları səbəbindən 2012-ci il aprelin 1-də dayandırdığı Dəməşq reyslərini bu ilin yanvarın 23-də yenidən bərpa edib. Əvvəlcə həftədə 3 dəfə nəzərdə tutulan reyslər, artan sərnişin marağı səbəbilə gündəlik olaraq həyata keçirilməyə başlanıb.

Mövzuya görə xəbərlər