Ərdoğan Türkiyədəki prezident seçkilərində səs çoxluğu ilə liderlik edir

Ərdoğan Türkiyədəki prezident seçkilərində səs çoxluğu ilə liderlik edir

Bakı. TurkicWorld:

İlkin hesablamalara görə seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğan 49,67səs % ilə liderlik edir.

TurkicWorld bu haqda Türkiyənin Mərkəzi Seçki Komissiyasına (YSK) istinadən xəbər verir. ​​

Xəbərdə deyilir ki, hazırda səslərin 92,00%-i sayılıb.

Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kemal Kılıçdaroğlu 44,59 % səs, Ata İttifaqı namizədi Sinan Oğan 5,29 % səs Memleket Partiyasının namizədi - Muharrem İnce isə 0,45 % səs toplayıblar.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 17:00-da Türkiyədə parlament və prezident seçkiləri başa çatıb.

Xatırladaq ki, ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprel ayının 17-dən may ayının 9-dək səs veriblər.

Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49.40 faiz təşkil edir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprelin 27-dən may ayının 9-dək səs veriblər.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.

Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayımızın 46,70 faizinə bərabərdir. Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820 min 940 nəfərdir ki, bu da seçicilərin 53,30 faizini təşkil edir.

Səsvermə 73 ölkədə və 151 diplomatik nümayəndəlikdə keçirilib.