Türkiyədə bələdiyyə seçkilərinin təqvimi açıqlanıb

Türkiyədə bələdiyyə seçkilərinin təqvimi açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyədə bələdiyyə seçkilərinin təqviminin başlama tarixi 1 yanvar 2024-cü il bazar ertəsi olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə qərar Türkiyə Rəsmi Qəzetində dərc edilib.

Məlumata əsasən, Türkiyə Ali Seçki Şurası yanvarın 2-də seçkilərdə iştirak edə biləcək siyasi partiyaları açıqlayacaq. 2024-cü il yanvarın 27-də siyasi partiyaların birləşmiş seçki bülletenindəki yeri müəyyənləşəcək.

Fevralın 7-də seçici vərəqələri dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq.

Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si, çərşənbə axşamı yerli vaxtla saat 18.00-dək təqdim edəcəklər.

Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək.

Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.

X: Lamanasadli01