Türkiyədə prezident seçkilərinin ikinci turunun nəticələri açıqlanıb

Türkiyədə prezident seçkilərinin ikinci turunun nəticələri açıqlanıb

Bakı, TurkicWorld:

Türkiyədə 28 may tarixində keçirilən prezident seçkilərinin ikinci turunun nəticələri "Rəsmi Qəzet"ə göndərilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) rəhbəri Ahmet Yener jurnalistlərə açıqlamasında deyib.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 milyon 834 min 574 (52,18 %), Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 25 milyon 475 min 724 səs (47,82 %) toplayıb", - deyə o bildirib.

Qeyd edək ki, Türkiyədə 28 may tarixində keçirilən prezident seçkilərinin ikinci turunda ümumilikdə 54 milyon 23 min 601 nəfər səsvermədə iştirak edib.

Ləman Əsədli
Lamanasadli01