Seçkilərdə iştirak nisbəti 78.11 faiz olub - YSK

Seçkilərdə iştirak nisbəti 78.11 faiz olub - YSK

Bakı. TurkicWorld:

31 mart tarixində Türkiyədə keçirilən bələdiyyə seçkilərində iştirak nisbəti 78.11 faiz olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener deyib.

"Qəti olmayan nəticələrə görə, Türkiyə daxilində Cümhuriyyət Xalq Partiyası 35, Ədalət və İnkişaf Partiyası 24, Xalq Bərabərlik və Demokratiya Partiyası 10, Milliyyətçi Hərəkat Partiyası 8, Yenidən Rifah Partiyası 2, Böyük Birlik Partiyası 1, İyi Partiya isə 1 bələdiyyədə üstünlük qazanıb", - deyə o bildirib.

Qeyd edək ki, 61 milyon 441 mindən çox seçici səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.

X: Lamanasadli01