Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan İstanbul Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Ankara Türkiyə Daxili İşlər Nazirliyi Türkiyə Prezident seçkiləri

Türkiyədə Ərdoğana təhqiredici paylaşım edən şəxs saxlanılıb

BAKI,TurkicWorld, Səməd Əyyubov

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təhqiredici paylaşım edən şəxs saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxs barəsində Antalya Baş Prokurorluğu tərəfindən “prezidentə təhqir” maddəsi üzrə cinayət işi başlanıb.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə əsasən, prezidentə təhqir cinayət sayılır. Son illərdə bu ittihamla bir sıra sosial media istifadəçilərinə qarşı hüquqi addımlar atılıb.

Mövzuya görə xəbərlər