Türkiyə YSK heyəti zəlzələ bölgəsində seçki fəaliyyətlərini təftiş edəcək

Türkiyə YSK heyəti zəlzələ bölgəsində seçki fəaliyyətlərini təftiş edəcək

Bakı. TurkicWorld:

Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener və idarə heyəti üzvləri 31 martda keçiriləcək Yerli Özünüidarəetmə Orqanları Seçkiləri öncəsi zəlzələ bölgəsində seçki fəaliyyətlərini təftiş edəcək.

TurkicWorld xəbər verir ki, YSK sədri zəlzələ bölgəsinə gedərək son vəziyyəti yerində araşdıracaq, səsvermənin keçiriləcəyi məktəblərin, konteynerlərin və texniki avadanlıqların mövcud vəziyyətini müəyyən edəcək.

Məlumata əsasən, bu çərçivədə YSK sədri Yener bu gün Malatyada yoxlamalar edəcək, YSK üzvləri isə digər vilayətlərə səfər edəcək.

Qeyd edək ki, Türkiyədə Yerli Özünüidarəetmə Orqanları Seçkiləri üçün namizədlərin siyahıları bu gün saat 17:00-a qədər təqdim olunacaq.

Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək.

Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.

X: Lamanasadli01