Seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülüb

Seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülüb

Bakı. TurkicWorld:

Türkiyə Ali Seçki Qurumunun vilayət və rayon seçki şuraları son hazırlıqlarını görüb və bu gündən etibarən 31 Mart 2024-cü ildə keçiriləcək seçkilərə hazırıq.

TurkicWorld xəbər verir ki, bu barədə Ali Seçki Qurumunun sədri Ahmet Yener açıqlayıb.

"Bundan sonra gözləyirik ki, vətəndaşlarımız 31 mart 2024-cü il tarixində səsvermədə iştirak edəcək. Son iki gündə işimizi və idarə heyəti iclasımızı davam etdiririk", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyədə yerli özünü idarəetmə orqanlarına seçkilərlə bağlı yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan edilib.

Martın 21-də qadağalar başlayıb. Səsvermə günü martın 31-də keçiriləcək.

X: Lamanasadli01