Son dəqiqə

Türkiyə AK Parti CHP YSK Ahmet Yener

Bələdiyyə seçkilərində iştirak 78,12 faiz təşkil edib - Ahmet Yener

Bakı. TurkicWorld:

Türkiyədə Böyükşəhər bələdiyyə sədri seçkilərində iştirak 78,12 faiz təşkil edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener bildirib.

Məlumata əsasən, 30 böyük şəhərdə Ədalət və İnkişaf Partiyası 12, Yenidən Rifah Partiyası bir, Hüquq Bərabərliyi və Demokratiya Partiyası üç, Cümhuriyyət Xalq Partiyası isə 14 böyük şəhər bələdiyyəsində üstünlük əldə edib.

Qeyd edək ki, 31 mart tarixində Türkiyədə 61 milyon 441 mindən çox seçici səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər