Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı - TCG ANADOLU-nun istismara veriləcəyi tarix açıqlanıb

Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı - TCG ANADOLU-nun istismara veriləcəyi tarix açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyənin "TCG ANADOLU" gəmisi aprelin 10-u bazar ertəsi ölkənin HDQ-nin xidmətinə veriləcək.

TurkicWorld xəbər verir ki, bunu cümə axşamı Ankarada MİLGEM proqramının 3 yeni freqatının inşasına dair müqavilənin imzalanması mərasimində çıxış edən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir bildirib.

Onun sözlərinə görə, hərbi həmilərin 36 ay ərzində təhvil verilməsi planlaşdırılır.

"TCG ANADOLU" gəmisi mövzusuna qayıdan İ.Dəmir qeyd edib ki, Bayraktar TB3 hücum dronlarının ölkənin ən böyük hərbi gəmisinin göyərtəsində yerləşdirilməsi ilə bağlı iş bu il yekunlaşacaq.

Bundan əlavə, Hürjet döyüş təlim təyyarəsi də gəminin platformasına enə biləcək.

Eyni zamanda, İ.Demir qeyd edib ki, Anka-3 zərbə PUA-larının yerləşdirilməsi barədə danışmaq hələ tezdir.