Son dəqiqə

İspaniya TUSAŞ HÜRJET KAAN HÜRJET ile Türkiye’den rekor savunma ihracatı Savunma sanayiinde Avrupa açılımı: HÜRJET İspanya’da HÜRJET NATO bazarına daxil olur: İspaniya ilə tarixi razılaşma Müdafiə sənayesində dönüş nöqtəsi: HÜRJET İspaniya inventarında

İspaniya üçün yeni seçim KAAN ola bilər

BAKI, TurkicWorld, Nailə Babazadə

İspaniyanın F-35 proqramı ilə bağlı qərar prosesində yaranan siyasi qeyri-müəyyənlik və Fransa-Almaniya ortaq layihəsi olan Gələcəyin Hava Döyüş Sistemi proqramında müşahidə olunan fikir ayrılıqları Madrid rəhbərliyini alternativ variantları dəyərləndirməyə vadar edib.

TurkicWorldxəbər verir ki, Avropa layihəsindəki ləngimə və strateji qeyri-müəyyənlik fonunda Türkiyə ilə müdafiə sənayesi sahəsində son illərdə sürətlənən əməkdaşlıq yeni ehtimalları gündəmə gətirib. Xüsusilə Türkiyənin beşinci nəsil döyüş təyyarəsi KAAN layihəsi mümkün seçimlər sırasında göstərilir.

Ötən ilin iyulunda İspaniya Türkiyə Aerokosmik Sənaye şirkəti tərəfindən istehsal olunan HÜRJET təlim təyyarəsindən 18 ədəd sifariş edib. Bu addım yalnız alqı-satqı razılaşması ilə məhdudlaşmayıb. Müqavilə çərçivəsində İspaniya şirkətləri layihəyə inkişaf etdirici tərəf kimi cəlb olunub və proqramda birgə istehsal, texniki inteqrasiya və bilik mübadiləsi mexanizmləri formalaşdırılıb.

HÜRJET üzrə əməkdaşlıq Ankara ilə Madrid arasında müdafiə sənayesi əlaqələrinin institusional çərçivəyə keçdiyini nümayiş etdirir. Bu kontekstdə KAAN layihəsinə mümkün maraq Avropanın müdafiə arxitekturasında yeni balans yarada bilər.

Analitiklər hesab edir ki, İspaniyanın belə bir seçim etməsi həm NATO daxilində sənaye əməkdaşlığına, həm də Avropanın hərbi aviasiya strategiyasına təsir göstərə bilər.

Mövzuya görə xəbərlər