Son dəqiqə

Azərbaycan İspaniya Azərbaycan gimnastları Pamplona Azərbaycan Gimnastika Federasiyası (AGF)

Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar (FOTO)

BAKI,TurkicWorld

11–13 sentyabr tarixlərində İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında Azərbaycan gimnastları uğurlu nəticə göstəriblər.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.

Ölkəmizi qarışıq cütlük proqramında təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində inamlı çıxış nümayiş etdirərək cəmi 0,1 xal fərqlə gümüş medalın sahibi olublar.

Avropa çempionu olan cütlüyümüz təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəlib. Finaldakı çıxışlarının nəticəsinə əsasən gimnastlarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.

Dünyanın ən güclü aerobika gimnastlarını bir araya gətirən mötəbər yarışda 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.

Mövzuya görə xəbərlər