BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyə Milli Müdafiə Nazirliyi “SAHA 2026” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində keçirdiyi məlumatlandırma toplantısında “YILDIRIMHAN” uzun mənzilli raket sistemi ilə bağlı mühüm açıqlamalar verib.
TurkicWorld-un məlumatına görə nazirlik bildirib ki, raket sistemində istifadə olunan maye yanacaq texnologiyası tamamilə yerli imkanlarla hazırlanıb və laboratoriya test mərhələsi uğurla başa çatdırılıb. Hazırda sahə sınaqları planlaşdırılmış təqvimə uyğun davam etdirilir.
Yerli raket yanacağı texnologiyası
Açıqlamaya görə, “YILDIRIMHAN” sistemində istifadə edilən asimmetrik dimetilhidrazin (UDMH), azot tetraoksid əsaslı maye yanacaqlar Türkiyənin Müdafiə Nazirliyinə bağlı Araşdırma və İnkişaf Mərkəzi tərəfindən yerli istehsal olunub.
Mütəxəssislər qeyd edir ki, bu tip yanacaq uzun müddət saxlanıla bilir, aşağı temperatur şəraitində işləyir, yüksək enerji istehsal edir, raketə yüksək manevr imkanları qazandırır.
3 ton döyüş başlığı daşıma qabiliyyəti
Nazirliyin məlumatına görə, “YILDIRIMHAN” uzun mənzilli raket sistemi 3 tonluq döyüş başlığı daşımaq potensialına malikdir.
Layihə Türkiyənin strateji çəkindirmə gücünü artırmaq, müdafiə sənayesində texnoloji müstəqilliyi gücləndirmək, kritik hərbi texnologiyalarda xarici asılılığı azaltmaq məqsədlərinə xidmət edir.
“GÜÇHAN” mühərriki də diqqət mərkəzində
Toplantıda Türkiyənin milli turbofan reaktiv mühərriki olan “GÜÇHAN” layihəsi barədə də məlumat verilib.
Nazirlik bildirib ki, mühərrikin bütün komponentləri yerli hazırlanıb, indiyədək 6 mühərrik istehsal olunub, bu il ərzində kvalifikasiya testlərinin keçirilməsi planlaşdırılır.
42 min lbf itki gücünə malik mühərrikin gələcəkdə milli döyüş təyyarələri və digər hərbi platformalarda istifadə edilə biləcəyi ehtimal olunur.
Analitiklər hesab edir ki, “YILDIRIMHAN” və “GÜÇHAN” layihələri Türkiyənin raket texnologiyaları mühərrik istehsalı, strateji hərbi sənaye, yüksək texnologiyalı müdafiə sistemləri sahəsində regional güc mövqeyini daha da gücləndirə bilər.







