BAKI,TurkicWorld
Türkiyənin müdafiə sənayesi şirkəti BMC təhlükəsizlik qüvvələri üçün hazırladığı zirehsiz “PAMİR 4x4” yük və şəxsi heyət daşıma vasitəsini ilk dəfə SAHA 2026 sərgisində təqdim edib.
TurkicWorld xəbər verir ki, Şirkətin İdarə Heyətinin sədri Fuat Tosyalı bildirib ki, yeni nəqliyyat vasitəsi sahədə yaranan operativ ehtiyaclara cavab vermək üçün hazırlanıb və bütün sınaqları tamamlayaraq təhvilə hazır vəziyyətə gətirilib.
Onun sözlərinə görə, 1500 at gücünə malik “BATU” mühərriki NATO sınaqlarından uğurla keçib və hazırda seriyalı istehsal mərhələsinə çatıb.
Tosyalı əlavə edib ki, şirkətin Ankaradakı tank və zirehli texnika istehsal kompleksi 24 saat fasiləsiz fəaliyyət göstərir və yeni nəsil zirehli texnikaların istehsalı davam edir.







