Son dəqiqə

Selçuk Bayraktar Haluk Görgün TEKNOFEST Türkiyə Müdafiə sənayesi nazirliyi Mavi Vatan-2026 təlimləri

TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

BAKI,TurkicWorld

Türkiyənin Kocaeli vilayətində, Gölcük Tərsanə Komandanlığında keçirilən TEKNOFEST Mavi Vatan tədbirinə həftəsonu böyük ziyarətçi marağı müşahidə olunur.

Milli Müdafiə Nazirliyi və Türkiyə Texnologiya Komandası Vəqfinin əsas təşkilatçılığı ilə keçirilən festivalda Türkiyənin dəniz qüdrətini nümayiş etdirən 37 hərbi gəmi və müxtəlif dəniz platforması sərgilənir.

Ziyarətçilərin ən çox maraq göstərdiyi platformalar arasında dünyanın ilk pilotsuz uçuş aparatı gəmisi olan TCG Anadolu, həmçinin TCG İstanbul, TCG Dərya, TCG Barbaros və TCG Sancaktar yer alır.

Festival çərçivəsində TCG Savarona və bərpa işlərindən sonra muzey-gəmi statusu alan TCG Yavuz da ziyarətçilərin üzünə açıqdır.

Türkiyə Müdafiə Sənayesi rəhbəri Haluk Görgün festival zamanı ölkənin hərbi gəmiqayırma sahəsində əldə etdiyi imkanlara diqqət çəkərək “Mavi Vətən” anlayışının böyük əhəmiyyət daşıdığını bildirib.

Tədbirə ailələri ilə qatılan uşaqlar texnologiya stendlərinə maraq göstərir, ziyarətçilər isə nümayiş etdirilən hərbi platformaların qarşısında xatirə şəkilləri çəkdirirlər.

TEKNOFEST Mavi Vatanın həftəsonu ərzində də çoxsaylı ziyarətçi qəbul etməsi gözlənilir.

Mövzuya görə xəbərlər