BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının Bingöl il təşkilatı rəsmi qərarla ləğv edilib.
TurkicWorld xəbər verir ki, Semih Yalçın sosial media hesabında açıqlama yayaraq Milliyyətçi Hərəkat Partiyasının Bingöl İl Təşkilatının partiya nizamnaməsinin müvafiq maddələrinə əsasən buraxıldığını bildirib.
Onun sözlərinə görə, qərar partiya nizamnaməsinin 52-ci və 54-cü maddələrinin verdiyi səlahiyyət çərçivəsində, 34-cü maddəyə uyğun olaraq qəbul edilib.
Açıqlamada qeyd olunub ki, eyni səlahiyyətlər əsasında Bingöl İl Təşkilatına yeni rəhbər təyin edilib. Belə ki, Emin Varan partiyanın Bingöl üzrə yeni il başqanı vəzifəsinə gətirilib.






