Son dəqiqə

Türkiyə İsrail İran ABŞ Donald Tramp Milliyyetçi Harekat Partiyası (MHP) Devlet Bahçeli Benyamin Netanyahu

Devlet Bahçeli Tramp və Netanyahunu tənqid edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin Milliyətçi Hərəkat Partiyası lideri Devlet Bahçeli ABŞ Prezidenti Donald Trampın və İsrail Baş naziri Benyamin Netanyahunun hegemonluq istəklərinin beynəlxalq nizamı iflic etdiyini, İranla yaşanan gərginliyin qlobal enerji və tədarük zəncirlərini uçuruma sürüklədiyini bəyan edib.

TurkicWorld xəbər verir ki, Partiyasının TBMM-dəki qrup toplantısında danışan Bahçeli, xüsusilə Hörmüz boğazı ətrafındakı qarşıdurmaların dünyanı böyük bir sabitlik böhranına apardığını vurğulayıb.

Bahçeli İrana qarşı davam edən hücumların 39-cu günündə can itkisinin və infrastruktur dağıntılarının kritik həddə çatdığını bildirib. O, Tramp və Netanyahunun "bərpası çətin olan səhvlərə" yol verdiklərini, lakin İran xalqının göstərdiyi müqavimətin bu aktorların proqnozlarını boşa çıxardığını qeyd edib. MHP liderinin sözlərinə görə, mövcud qlobal təşkilatlar artıq işləkliyini itirib və sülh üçün vasitəçilik etməkdə aciz qalıblar.

Mövzuya görə xəbərlər