Son dəqiqə

Milliyyetçi Harekat Partiyası (MHP) Devlet Bahçeli Türkiyə daxili siyasəti

MHP daha bir təşkilatını ləğv edib, yeni sədr təyin olunub

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyədə Milliyyətçi Hərəkat Partiyası (MHP) növbəti təşkilati qərar qəbul edib.

TurkicWorld xəbər verir ki, partiyanın Kütahya vilayət təşkilatı ləğv edilib və yeni rəhbər təyin olunub.

Bu barədə açıqlama verən MHP sədr müavini Semih Yalçın bildirib ki, qərar partiya nizamnaməsinin müvafiq maddələrinə uyğun olaraq qəbul edilib.

Onun sözlərinə görə, MHP-nin Kütahya İl Təşkilatı nizamnamənin 52 və 54-cü maddələrinin verdiyi səlahiyyətlər əsasında, 34-cü maddəyə uyğun şəkildə ləğv olunub.

Eyni qərar çərçivəsində MHP Kütahya İl Təşkilatının rəhbərliyinə Mehmet Ali Türker təyin edilib.

Partiya rəsmisi əlavə edib ki, bu addım təşkilati strukturun yenilənməsi və fəaliyyətin daha səmərəli qurulması məqsədi daşıyır.

Mövzuya görə xəbərlər