BAKI, TurkicWorld, Orxan Qədirzadə
Milliyetçi Hərəkat Partiyasının (MHP) rəhbərliyi İstanbul vilayət təşkilatını və şəhərin bütün 39 rayon şöbəsini rəsmən ləğv edib.
TurkicWorld xəbər verir ki, MHP Sədr müavini Semih Yalçın partiya nizamnaməsinin müvafiq bəndlərinə əsaslanaraq İstanbul strukturlarının fəaliyyətinə son qoyulduğunu elan edib. Yalçın qərarın nizamnamənin 34, 52 və 54-cü maddələrinin verdiyi səlahiyyətlər çərçivəsində qəbul edildiyini bildirib. Vəzifəsindən kənarlaşdırılan İstanbul vilayət təşkilatının rəhbəri Sertel Selim qərardan sonra etdiyi açıqlamada MHP lideri Devlet Bahçelinin hər zaman əmrində olduqlarını vurğulayıb.






