Türkiyə Fələstin İsrail Yunanıstan Emmanuel Makron Şimali Kipr Türk Respublikası Milliyyetçi Harekat Partiyası (MHP) Devlet Bahçeli Benyamin Netanyahu Cənubi Kipr Rum Administrasiyası

Fransa və İsrailin addımları Aralıq dənizində balansı poza bilər - Devlet Bahçeli

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Şərqi Aralıq dənizində yaranan geosiyasi proseslərlə bağlı açıqlama verərək, bölgədə formalaşan yeni təhlükəsizlik və enerji təşəbbüslərinin diqqətlə izlənildiyini bildirib.

TurkicWorld xəbər verir ki, Bahçeli partiyasının qrup toplantısında çıxışı zamanı Fransa, Yunanıstan, Cənubi Kipr və İsrailin bölgədə yaratmağa çalışdığı təhlükəsizlik və enerji mərkəzi planlarına diqqət çəkib. O, bu addımların regional balansı poza biləcəyini vurğulayıb.

MHP sədri çıxışında Şərqi Aralıq dənizinin Türkiyə üçün strateji əhəmiyyət daşıdığını qeyd edərək, Ankaranın öz hüquqlarını və təhlükəsizlik maraqlarını qətiyyətlə qoruyacağını bildirib.

Bahçeli həmçinin Fransa Prezidenti Emmanuel Macronu tənqid edərək, onun siyasətini “Napoleon ambisiyaları” kimi xarakterizə edib. Onun sözlərinə görə, bəzi Avropa ölkələrinin bölgədəki planları gərginliyi artırır.

Çıxışda Kipr məsələsi də xüsusi vurğulanıb. Bahçeli bildirib ki, Kipr türklərinin təhlükəsizliyi Türkiyənin strateji prioritetlərindən biridir və bu məsələ heç bir şəkildə güzəşt mövzusu deyil.

O, Türkiyənin xarici siyasət prinsipinin “sülh, lakin güc və hüquq əsasında müdafiə” olduğunu qeyd edib. Eyni zamanda, Egey dənizi və dəniz sərhədləri ilə bağlı hər hansı birtərəfli addımlara qarşı Ankara’nın cavab verəcəyini bildirib.

Bahçeli çıxışında həmçinin “Terrorsuz Türkiyə” hədəfinə də toxunaraq, bu prosesin ölkənin inkişafı üçün əsas mərhələlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, daxili sabitlik güclü xarici siyasətin əsas şərtidir.

Mövzuya görə xəbərlər