Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası AK Parti Türkiyə daxili siyasəti Türkiyə xəbərləri

AK Partiya 25 illiyi münasibətilə yeni loqosunu təqdim edib

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) yaranmasının 25 illiyi münasibətilə hazırlanmış yeni yubiley loqosunu ictimaiyyətə təqdim edib.

Partiyanın rəsmi sosial media hesabında paylaşılan loqo "Millətimizlə dörddəbir əsr, Türkiyə gələcəyə hazırdır" şüarı ilə təqdim olunub.

Loqoda "25" rəqəmi üzərində Türkiyə bayrağı, Prezident Administrasiyası Kompleksi, körpü, yüksək sürətli qatar, yerli avtomobil, müdafiə sənayesi məhsulları, sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələrini simvolizə edən müxtəlif elementlər əks olunub.

Partiyanın məlumatına görə, loqoda son 25 ildə həyata keçirilmiş bir sıra iri infrastruktur və texnologiya layihələrinə istinad edilib.

Bunlar arasında Yavuz Sultan Selim körpüsü, İstanbul aeroportu, Togg avtomobili, yüksək sürətli qatar, KAAN döyüş təyyarəsi, Gökbey helikopteri, Türksat peykləri, şəhər xəstəxanaları, yerli qazma gəmiləri, avtomobil yolları, TOKİ mənzil layihələri və su bəndləri yer alır.

25 milyon ağac əkilməsi planlaşdırılır

AK Partiya 14 avqustda başlayacaq 25 illik yubiley tədbirləri çərçivəsində Türkiyə üzrə 25 milyon ağacın torpağa əkilməsini hədəfləyir.

2001-ci il avqustun 14-də yaradılan partiya yubiley tədbirlərini geniş proqram əsasında keçirməyi planlaşdırır.

Mərasimlərin yekunu Ankaradakı Başkənd Millət Bağında təşkil ediləcək dron şousu ilə başa çatacaq.

Mövzuya görə xəbərlər