Türkiyənin turizmdə 2024 hədəfi 60 milyard dollardır

Türkiyənin turizmdə 2024 hədəfi 60 milyard dollardır

Bakı, TurkicWorld:

Türkiyə turizm gəlirlərini 60 milyard dollara çatdırmağı hədəfləyir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.

Məlumata əsasən, 2023-cü ildə 56,7 milyon turist Türkiyəyə səyahət edib ki, bu da 2022-ci illə müqayisədə 10 faiz çoxdur. 2023-cü ildə Türkiyənin turizm gəlirləri isə 54,3 milyard dollar təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə Türkiyənin turizmdən əldə etdiyi gəlirlər 46,5 milyard dollar təşkil edib.

X: Lamanasadli01