Son dəqiqə

Qazaxıstan Abdulkadir Uraloğlu Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi İnkişaf Yolu Layihəsi

Uraloğlu Avrasiya İqtisadi Birliyinin infrastruktur naziri ilə İnkişaf Yolu layihəsini müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qazaxıstanda Avrasiya İqtisadi Birliyinin infrastruktur və energetika naziri Kocaşev Arzibek Orozbekoviçlə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə nazir Uraloğlu öz rəsmi X (Twitter) sosial media hesabında bildirib.

Məlumata əsasən, görüş çərçivəsində tərəflər ekoloji cəhətdən təmiz və fasiləsiz yükdaşıma marşrutu yaratmaq üçün İnkişaf Yolu Layihəsi ilə bağlı müzakirə aparıb.

Qeyd edək ki, Yaxın Şərqin ən böyük limanı olması planlaşdırılan və 2025-ci ildə tamamlanması gözlənilən Böyük Fav Limanını Türkiyə sərhədinə birləşdirəcək 1 200 kilometr uzunluğunda dəmir və avtomobil yollarının 17 milyard dollara başa gələcəyi ehtimal edilir.

Məlumat üçün bildirək ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, sözügedən layihənin 2028-ci ildə tamamlana biləcəyini söyləyib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər