Bakı, TurkicWorld
Yaxın günlərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı, Quba İş Adamlarına Dəstək-QİAD platformasının da tərəfdaşlığı ilə “Zəfərin uşaqları ilə oxu marafonu“ başlayacaq.
TurkicWorld xəbər verir ki, Quba, Qusar, Xaçmaz rayonlarında təşkil ediləcək məktəblilərin mütaliə yarışında 6 məktəb, 108 müəllim, 300 şagird iştirak edəcək.
Layihənin əsas məqsədi Şimal bölgəsində məktəblilər arasında oxu vərdişlərini inkişaf etdirmək, Zəfərin 5-ci ilində vətənpərvərlik ruhunu aşılamaq, milli-mənəvi dəyərləri təbliğ etmək və Azərbaycan dilinin zənginliyini ifadə etməkdir.
Layihədə nəzərdə tutulan fəaliyyətlər hədəf qruplarını daha çox nəzəri baxımdan deyil, praktiki olaraq bu prosesə cəlb etməyi nəzərdə tutur.
- 300 şagird, 18 müəllim və 6 kitabxanaçı mütaliə vərdişləri ilə bağlı önəmli təcrübə qazanacaq
- Quba, Qusar, Xaçmaz rayonlarından layihəyə cəlb edilmiş məktəblər 540 ədəd kitabla təmin olunacaq.
- Quba, Qusar, Xaçmaz rayonlarında oxuyub-anlama mövzusunda 6 kitabxanaçı, 108 müəllim təlimlər keçəcək.
- Quba rayonunda 3 günlük Kitab festivalının keçirilməsi nəzərdə tutulur.
Marafon 30 Sentyabrda başa çatacaq, qaliblər mükafatlandırılacaq.