Son dəqiqə

QİAD Cabbar Heybətov

Qubada İT təhsilinin yeni mərhələsi: IT Brains Akademiyanın filialı açıldı

IT Brains Akademiyanın Quba filialının rəsmi açılışı baş tutub. Yeni filialın fəaliyyətə başlaması bölgə gəncləri üçün müasir informasiya texnologiyaları sahəsində yeni imkanların yaradılması baxımından əlamətdar hadisədir.
Açılış mərasimində çıxış edən Quba İş Adamlarına Dəstək (QİAD) Platformasının İdarə Heyətinin sədri Cabbar Heybətov tədbirin əhəmiyyətini vurğulayaraq geniş və əhatəli nitq söyləyib. QİAD sədri ilk növbədə filialın açılışı münasibətilə hər kəsi təbrik edib və əməyi olanlara təşəkkürünü bildirib:
"Bu gün biz sadəcə yeni bir tədris mərkəzinin deyil, gənclərimiz üçün yeni imkanların və gələcək uğurların qapısını açırıq. Dünya sürətlə dəyişir. Artıq ölkələrin inkişafını təkcə təbii sərvətlər deyil, bilik, texnologiya və innovasiya müəyyən edir. Cənab Prezident İlham Əliyevin rəqəmsallaşma və süni intellektin inkişafı istiqamətində müəyyən etdiyi dövlət siyasəti də göstərir ki, Azərbaycanın gələcəyi rəqəmsal biliklərə sahib, innovativ düşünən gənclərlə bağlıdır."

Sədr gənclərə müraciət edərək onların gələcək uğurları üçün texnologiya və biliyin vacibliyini diqqətə çatdırıb:

"Çox istərdim ki, Quba gəncləri bu imkanlardan maksimum yararlansınlar. Çünki bu gün Qubada kompüter arxasında bilik qazanan bir gənc sabah beynəlxalq şirkətdə çalışa, öz startapını qura və hətta dünyaya yeni texnoloji həllər təqdim edə bilər. Bizim məqsədimiz yalnız texnologiyadan istifadə edən deyil, texnologiya yaradan bir gənclik yetişdirmək olmalıdır. İnanıram ki, bu mərkəz Qubanın gələcək proqramçılarının, mühəndislərinin və uğurlu sahibkarlarının yetişdiyi bir ünvan olacaq. Bir daha hər kəsi təbrik edir, bu gözəl təşəbbüsə uğurlar arzulayıram! Unutmayaq: gələcək onu gözləyənlərin deyil, bu gündən ona hazırlaşanların olacaq!"

Region gəncləri üçün yeni təhsil imkanları

IT Brains Akademiyanın Qubada fəaliyyətə başlaması regionda müasir İT təhsilinin əlçatanlığının artırılması istiqamətində atılan mühüm addımdır. Yeni filial nəinki, Quba eləcə də, bölgə gənclərinin İT sahəsində bilik və bacarıqlarını inkişaf etdirmələrinə, müasir peşələrə yiyələnmələrinə geniş şərait yaradacaq.

Bakı ilə yanaşı regionlarda da keyfiyyətli təhsil imkanlarını genişləndirən Akademiya, bu addımla insan kapitalının inkişafına mühüm töhfə verir. Quba filialı bölgədə yaşayan gənclərin texnologiya sahəsinə marağının artırılması, praktiki biliklər əldə etməsi və rəqəmsal dünyanın imkanlarından faydalanması üçün yeni platforma rolunu oynayacaq.

Mövzuya görə xəbərlər