Son dəqiqə

QİAD QubaForum AzərbaycanYaponiya BiznesƏməkdaşlığı Yaponiyaİnvestisiya MissSAKEAzerbaijan Şinzekai SahibkarlarForumu

Azərbaycan və Yaponiya arasında yeni biznes və mədəniyyət platforması formalaşır

BAKI. TurkicWorld:

Azərbaycan və Yaponiya arasında biznes, investisiya və mədəni əlaqələrin inkişafına yönəlmiş yeni platforma yaradılır. Qubada keçiriləcək xüsusi tədbirdə hər iki ölkənin sahibkarları, investorları və biznes nümayəndələri bir araya gələcək.

TurkicWorld xəbər verir ki, “Azərbaycan Françayzinq Assosiasiyası” və “Quba İş Adamlarına Dəstək – QIAD” platformasının birgə təşkilatçılığı ilə baş tutacaq görüşdə Azərbaycan sahibkarları və Yaponiyanın Şinzekai qrupu arasında yeni əməkdaşlıq imkanları müzakirə olunacaq.

Tədbir çərçivəsində Azərbaycan–Yaponiya biznes münasibətlərinin genişləndirilməsi, investisiya imkanlarının təşviqi, yeni tərəfdaşlıqların qurulması və mədəniyyətlərarası inteqrasiyanın gücləndirilməsi məqsədilə networking sessiyaları keçiriləcək.

Görüş proqramında həmçinin “Miss SAKE Azerbaijan 2026” seçim mərasimi də yer alacaq. Təşkilatçılar bildirirlər ki, tədbir beynəlxalq əməkdaşlığa açıq olan sahibkarlar və investorlar üçün yeni perspektivlər formalaşdıracaq mühüm platformalardan biri olacaq.

Tədbir 11 may 2026-cı il tarixində saat 10:00-da Şahdağ Truskavets Hotel məkanında keçiriləcək.

Qeydiyyat üçün:https://forms.gle/C5QdNebzxoFU1TCA6

Mövzuya görə xəbərlər