Son dəqiqə

Quba İş Adamlarına Dəstək birliyi QİAD sahibkarlıq

QİAD rəhbərliyi yeni layihələri müzakirə edib

BAKI,TurkicWorld Orxan Qədirzadə

Quba İş Adamlarına Dəstək (QİAD) Platformasının İdarə Heyəti və Müşahidə Şurasının üzvlərinin iştirakı ilə növbəti görüş keçirilib.

Görüş zamanı platformanın yaxın dövr üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri, həyata keçirilməsi planlaşdırılan yeni layihələr və təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İclasda iştirakçılar platformanın gələcək inkişafı, sahibkarlığın dəstəklənməsi istiqamətində görüləcək işlər və qarşıdakı dövr üçün prioritet hesab olunan layihələr barədə təkliflərini səsləndiriblər. Müzakirələr zamanı yeni təşəbbüslər irəli sürülüb və onların həyata keçirilməsi ilə bağlı müxtəlif təkliflər nəzərdən keçirilib.

Qeyd olunub ki, platforma qarşıdakı dövrdə nəzərdə tutulan layihələrin icrası və sahibkarlığın inkişafına yönəlmiş təşəbbüslərin reallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

Mövzuya görə xəbərlər