BAKI,TurkicWorld
“Startup School Quba” layihəsi çərçivəsində ADPU-nun Quba filialında “Elmin kommersiyalaşdırılması: Startap layihələrin formalaşdırılması və inkişafı” mövzusunda təlim uğurla təşkil olundu.
TurkicWorld xəbər verir ki,təlim İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalı və ADPU-nun Quba filialı ilə birgə təşkilatçılığı, Quba İş Adamlarına Dəstək-QİAD platformasının və "Xınalıq Turizmin İnkişafına Dəstək İB-nin tərəfdaşlığı ilə təşkil olunaraq, regionda innovasiya və startap ekosisteminin inkişafına mühüm töhfə verdi.
Tədbirdə təlimçi kimi çıxış edən "Enterprise Azerbaijan" portalın rəhbəri dosent İsa Qasımov layihələrin ideyadan bazara çıxarılması, elmi tədqiqatların kommersiyalaşdırılması, startapların formalaşdırılması və inkişaf mərhələləri, eləcə də investisiya imkanları barədə ətraflı məlumatlar təqdim etdi.
Qeyd edək ki, təlimlər nəticəsində ərsəyə gələcək startapların inkişafına “Startup School 4: Beş qitə – 500 startap” qlobal innovasiya proqramında dəstəklənəcək.







