Son dəqiqə

Quba

Qubada sürüşmə olub

BAKI,TurkicWorld

Azərbaycanın şimalında yerləşən Quba rayonunda sürüşmə qeydə alınıb. Süürüşmə hadisəsi yerli vaxtla saat 09:46-da, Qusar rayonu sərhədinə yaxın ərazidə olub. Hadisə 1 kilometr dərinlikdə baş verib.

Məlumat Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında dərc olunub. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, sürüşmə prosesi 20 iyun 2026-cı il tarixindən etibarən davam edir. Qeyd olunub ki, hadisənin baş verdiyi ərazidə yaşayış məntəqəsi yoxdur və sürüşmə ilə bağlı maqnituda göstəricisi müəyyən edilməyib.

Son aylarda Azərbaycanda torpaq sürüşmələrinin sayında və sürüşmə riskində artım müşahidə edilir. Mütəxəssislər bunu əsasən 2026-cı ilin yaz aylarında müşahidə olunan intensiv yağıntılar və torpağın həddindən artıq nəmlənməsi ilə əlaqələndirirlər. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, iyunun 11-də Qusar rayonunun Laza kəndində də analoji sürüşmə hadisəsi qeydə alınmışdı.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, Abşeron yarımadası, Böyük və Kiçik Qafqaz dağ sistemləri, eləcə də Talış dağlıq əraziləri hazırda ölkədə sürüşmə baxımından ən yüksək risk daşıyan bölgələr sırasındadır. Alimlər dağlıq və dağətəyi ərazilərdə yaşayan əhaliyə ehtiyatlı olmağı tövsiyə edirlər.

Mövzuya görə xəbərlər