Son dəqiqə

Quba

Qubada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə profilaktik tədbir keçirilib

Bakı, TurkicWorld

Qubada polis tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və hərəkət iştirakçılarının məsuliyyətinin artırılması məqsədilə profilaktik tədbir keçirilib.

TurkicWorld-un məlumatına görə, tədbir zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılıb, onlara yol hərəkəti qaydalarına ciddi riayət etməyin, sürət həddini aşmamağın, təhlükəsizlik kəmərindən istifadə etməyin və sükan arxasında diqqətli olmağın vacibliyi izah edilib.

Həmçinin, nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirilməsi, nasaz avtomobillərin istismarına yol verilməməsi ilə bağlı sürücülərə xəbərdarlıqlar edilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi bildirilib.

Bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.

Mövzuya görə xəbərlər