Azərbaycan Quba

Qubada 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

BAKI,TurkicWorld

Qubada 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

TurkicWorld-ün məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 yaşlı Orxan Sultanlı saxlanılıb.

Ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Orxan Sultanlı barəsində həbs qətimkan tədbiri seçilib.

Mövzuya görə xəbərlər