Son dəqiqə

Azərbaycan Quba İslam QİAD

Qubada İslam bankçılığı mövzusunda ödənişsiz seminar keçiriləcək

BAKI,TurkicWorld

Quba İş Adamlarına Dəstək Platformasının tərəfdaşlığı ilə “Azərbaycanda İslam bankçılığından istifadə mexanizmləri” mövzusunda ödənişsiz seminar təşkil olunacaq.

TurkicWorld xəbər verir ki, tədbir iştirakçılarına alternativ maliyyə və investisiya imkanları barədə məlumat verilməsi məqsədi daşıyır.

Seminar çərçivəsində Azərbaycanda tətbiq olunan İslam maliyyə alətləri, o cümlədən mudarəbə (sərmayə iştirakı) və murabaha (alqı-satqı əsasında maliyyələşmə) mexanizmləri, həmçinin bu məhsullara müraciət şərtləri izah ediləcək.

Bununla yanaşı, beynəlxalq maliyyə qurumlarının təqdim etdiyi alətlər, prioritet sektorlar, eləcə də uğurlu müraciət üçün vacib məqamlar və praktiki nümunələr iştirakçıların diqqətinə çatdırılacaq.

Seminarda təlimçi qismində Ruslan Atakişiyev və Arslan Bektaşi çıxış edəcəklər.

Tədbir əsasən aktiv VÖEN-ə malik sahibkarlar və biznes fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub.

Seminar 22 aprel 2026-cı il tarixində saat 14:00-dan 16:00-dək Quba Rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Mövzuya görə xəbərlər