Son dəqiqə

QİAD

Qubada bu cür tədbirlərin keçirilməsi çox vacibdir – Hicran Zeynalabdini

Quba, TurkicWorld

Qubada bu cür tədbirlərin keçirilməsi biz sahibkarlara dəstək üçün çox vacibdir.

TurkicWorld xəbər verir ki, bu sözləri Qubada yerləşən "Pətək bal evi"-nin əməkdaşı Hicran Zeynalabdini deyib.

Zeynalabdini tədbirdən gözlətilərinin böyük olduğunu və belə bir tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib.

Həmçinin Zeynalabdini "Pətək bal evi"-nin məhsulları haqqında məlumat verib.

Qeyd edək ki, Quba İş Adamlarına Dəstək (QİAD) bu gün oktyabrın 25 - də Qubada sahibkarlarla görüş keçirib.

Görüş çərçivəsində keçirilən tədbirdə "Qiad" İdarə Heyətinin sədri Cabbar Heybətov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Millət vəkili Əlibala Məhərrəmzadə, Türkiyənin Azərbaycandakı səfirliyində ticarət baş müşaviri Yakup Sefer, " Kiçik və Orta Biznesin İnkişafı Agentliyi" İdarə Heyətinin sədr müavini Samir Hümbətov, "Azərbaycan Sahibkarlar Konfederasiyası" prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə, "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İdarə Heyətinin sədri Səkinə Babayeva, "MÜSİAD Azərbaycan" İdarə Heyətinin sədri Rəşad Cabirli, "Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının" İdarə Heyətinin üzvü Qüdrət Hacıyev çıxış ediblər.

Mövzuya görə xəbərlər