Son dəqiqə

Livan AFAD

AFAD Livana humanitar yardım göndərib

Bakı, TurkicWorld

İsrailin hücumları səbəbiylə Livanın cənubundakı evlərini tərk etmək məcburiyyətində qalanlar üçün AFAD tərəfindən göndərilən humanitar yardım ləvazimatlarını daşıyan gəmi Beyrut limanına çatıb.

TurkicWorld xəbər verir ki, AFAD tərəfindən məcburi köçkün livanlıların müvəqqəti məskunlaşdığı məktəblərdə istifadə edilmək üçün Livan səlahiyyətlilərinə humanitar yardım edib.

Yardımların çatdırılması üçün təşkil edilən mərasimdə Türkiyənin Beyrut səfiri Murat Lütem, Livanın ətraf mühit naziri və hökumətin fövqəladə hallar komitəsinin sədri Nasser Yasin və Yüksək Yardım Komissiyasının baş katibi briqada generalı Bassam Nabulsi iştirak edib.

Mərasimdə çıxış edən Türkiyənin Beyrutdakı səfiri Lütem, "Türkiyənin dövlət qurumları və qeyri-hökumət təşkilatları İsrailin təcavüzü qarşısında qardaş Livana dəstək olmaq üçün səfərbər oldu. Biz bu yolla açılan yaraları sağaltmağa çalışırıq. Bu inanclar Bu gün yenidən Livana yardım çatdırmağımızın səbəbi."- deyə vurğulayıb.

Mövzuya görə xəbərlər