Son dəqiqə

İsrail Livan

İsrail Livana aviazərbə endirib

Bakı. TurkicWorld:

İsrail hava qüvvələri Livanın cənub rayonlarına yeni aviazərbə endirib.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücumun hədəfi "Hizbullah" hərəkatının Livanın cənubunda yerləşən Hanin rayonundakı terrorçu üzv olub.

Livanın rəsmi xəbər agentliyi olan "NNA" İsrailin Suriya sərhədindəki nəzarət buraxılış məntəqəsi yaxınlığına hücum etdiyini yazır. 4 nəfərin həyatını itirdiyi bildirilir.

Mövzuya görə xəbərlər