Son dəqiqə

Livan-İsrail münasibətləri Livan İsrail münasibətləri İsrail Livan danışıqları

Düşmənlə birbaşa danışıqlar Livan hakimiyyətinin süqutudur - Hizbullah fraksiyasının rəhbəri

BAKI,TurkicWorld

Livan parlamentində "Hizbullah" fraksiyasının sədri Məhəmməd Raad, Livan hakimiyyətinin İsrail apardığı birbaşa danışıqları kəskin şəkildə pisləyib. O, bu addımı ölkə rəhbərliyi üçün "bağışlanılmaz bir səhv və mənəvi tənəzzül" kimi qiymətləndirib.

TurkicWorld xəbər verir ki, Məhəmməd Raad bəyan edib ki, birbaşa danışıqlar formatı "rədd edilən və lənətlənən" bir yanaşmadır.

"Düşmənlə birbaşa danışıqlar aparmaq Livan hakimiyyəti üçün bir süqutdur (səthədir). Vaşinqtonda keçirilən danışıqlar sessiyası hakimiyyətin düşmənin istəklərinə - müqavimətin tərksilah edilməsi tələbinə boyun əyməsini rəsmiləşdirir."-deyə o bildirib.

Fraksiya rəhbərinin sözlərinə görə, bu cür diplomatik gedişlər Livanın müdafiə gücünü zəiflətməyə və İsrailin bölgədəki hərbi-siyasi hədəflərinə xidmət etməyə hesablanıb. "Hizbullah" rəsmisi vurğulayıb ki, müqavimət silahı Livanın suverenliyinin qarantıdır və onun müzakirə mövzusuna çevrilməsi qəbulolunmazdır.

Mövzuya görə xəbərlər