Son dəqiqə

İsrail Livan Hizbullah Livan-İsrail münasibətləri pilotsuz uçuş aparatı

İsrail Livanın cənubuna yeni zərbələr endirib

BAKI,TurkicWorld

İsrail hərbçiləri Livanın cənubunda “Hizbullah” təşkilatının obyektlərinə yeni zərbələr endirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, cavab zərbələrinə “Hizbullah” tərəfindən Livanın cənubunda, təhlükəsizlik zonasında yerləşən İsrail hərbçilərinin istiqamətinə iki pilotsuz uçuş aparatının buraxılması səbəb olub. Bildirilib ki, hərbçilər arasında xəsarət alan olmayıb.

Buna cavab olaraq İsrail ordusu Livanın cənubuna növbəti zərbələr endirməyə başlayıb.

Mövzuya görə xəbərlər