BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail Livanın cənubundakı Sur və Bint Cübeyl rayonlarının bir sıra ərazilərinə yeni hava zərbələri endirib. Hücumların Həddasə qəsəbəsi və Aynata ətrafını da əhatə etdiyi bildirilir.
TurkicWorld xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, Mənsuri yaşayış məntəqəsində bir neçə ev də zərbələrə məruz qalıb. Ötən gecədən etibarən bu ərazidə 30-dan çox partlayışın qeydə alındığı bildirilir.
Hücumların nəticələri və mümkün insan tələfatı barədə hələlik məlumat verilməyib.
Son dövrdə Livan və İsrail nümayəndələri Vaşinqton və Romada bir neçə mərhələdən ibarət birbaşa danışıqlar keçiriblər.
Hizbullah isə İsraillə birbaşa danışıqların aparılmasına qarşı çıxıb və Livan hökumətini iyunda əldə edilmiş çərçivə razılaşmasını ləğv etməyə çağırıb.
Qruplaşma eyni zamanda tərksilah olunması ilə bağlı çağırışları qəbul etmədiyini bildirib.







