Son dəqiqə

İsrail İran Avropa İttifaqı ABŞ qaz hasilatı Qətər

Qaz bitməsin, gəmilər batmasın - Dohada Qətər və Aİ arasında görüş olub

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani paytaxt Dohada Avropa İttifaqı Şurasının rəhbəri ilə regionda baş verən son hadisələri və hərbi gərginliyin artmasının mümkün fəsadlarını geniş şəkildə müzakirə edib.

TurkicWorld xəbər verir ki, görüş zamanı tərəflər Yaxın Şərqdə sabitliyin qorunması və münaqişələrin genişlənməməsi üçün diplomatik səylərin artırılmasının vacibliyini vurğulayıblar. Görüşün əsas mövzularından biri də qlobal iqtisadi təhlükəsizlik və enerji daşımalarının kəsilməzliyini təmin etmək olub.

Qətər Əmiri və Avropa İttifaqı Şurasının rəhbəri enerji resurslarının dünya bazarlarına maneəsiz çatdırılmasının və dəniz yollarının təhlükəsizliyinin gücləndirilməsinin beynəlxalq əhəmiyyət kəsb etdiyini xüsusi qeyd ediblər. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər strateji tərəfdaşlığın davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

Mövzuya görə xəbərlər