Son dəqiqə

Fələstin İsrail Hakan Fidan Türkiyə XİN İsrail-Türkiyə münasibətləri

İsrail mediasının Hakan Fidan gündəmi - Siyasətimizi bizdən yaxşı bilir

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidanın İsrailin regional siyasəti və gələcək hədəfləri ilə bağlı verdiyi bəyanatlar İsrailin rəqəmsal məkanında geniş əks-səda doğurub.

TurkicWorld xəbər verir ki, bir çox israilli aktivist və siyasi şərhçi Fidanın İsrail daxili siyasətini dərindən analiz etdiyini və Baş nazir Benyamin Netanyahu ilə İsrail dövlətini bir-birindən aydın şəkildə fərqləndirdiyini qeyd edib. Sosial şəbəkələrdə aparılan müzakirələrdə Fidanın "İsrail İrandan sonra Türkiyəni yeni düşmən elan etməyə çalışır" fikri ən çox müzakirə olunan mövzuya çevrilib.

İsrailli istifadəçilər nazir Fidanın sözlərindəki terminologiyanın təsadüfi olmadığını, onun sağçı koalisiya ilə müxalifət və sol düşərgə arasındakı fərqləri incəliklə oxuduğunu vurğulayıblar. Şərhlərdə qeyd olunur ki, Fidanın tənqidləri bütövlükdə İsrail sisteminə deyil, birbaşa Netanyahunun siyasi sağ qalma strategiyasına yönəlib. Bəzi israilli aktivistlər isə Fidanın "İsrail düşmənsiz yaşaya bilmir" tezisi ilə razılaşaraq, Netanyahunun öz hakimiyyətini qorumaq üçün daimi bir "düşmən obrazına" ehtiyac duyduğunu bildiriblər.

Hakan Fidan "Anadolu" agentliyinə müsahibəsində İsrail rəhbərliyinin Prezident Rəcəb Tayyib Ərdoğana qarşı "kompleksli" olduğunu və Türkiyənin regional strateji balanslaşdırma səylərinin İsraili manevr imkanlarından məhrum etdiyini bildirib. O, həmçinin İsrailin ABŞ və İran arasındakı danışıqlarda "pozucu" rol oynadığını da xüsusi vurğulayıb. Bu bəyanatlar Türkiyənin regionda artan təsirindən narahat olan İsrailin sağçı elitası tərəfindən hədəf götürülsə də, cəmiyyətin fərqli qrupları tərəfindən rasional bir təhlil kimi qəbul edilib.

Mövzuya görə xəbərlər