Son dəqiqə

İsrail İran ABŞ Donald Tramp

Barıt çəlləyində fasilə - ABŞ və İran atəşi kəsək, dincələk dedi

BAKI,TurkicWorld, Orxan Qədirzadə

ABŞ və İran arasında bölgədəki gərginliyi müvəqqəti dayandıran atəşkəs müddətinin uzadılması istiqamətində prinsipial razılıq əldə olunub.

TurkicWorld xəbər verir ki, aprelin 22-də başa çatması gözlənilən iki həftəlik atəşkəsin müddətinin artırılması diplomatik danışıqların daha da dərinləşdirilməsinə xidmət edir. Regional mənbələrin verdiyi məlumata görə, tərəflər nüvə proqramı, Hörmüz boğazındakı vəziyyət və müharibə təzminatları kimi mübahisəli mövzular üzərində müzakirələri davam etdirmək niyyətindədirlər.

Diplomatik irəliləyişlərə baxmayaraq, bölgədə hərbi gərginlik tam səngiməyib və ABŞ-ın mərkəzi komandanlığı Hörmüz boğazında dəniz blokadasının davam etdiyini bildirib. Son sutka ərzində İran sularına doğru hərəkət edən altı ticarət gəmisinin geri qaytarılması rəsmi Tehranın iqtisadiyyatı üçün ciddi təzyiq vasitəsi olaraq qalmaqdadır. Eyni zamanda, İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi əməliyyatlar bölgədəki humanitar böhranı daha da dərinləşdirir. ABŞ Prezidenti Donald Tramp isə tərəflərin razılığa çox yaxın olduğunu qeyd edərək, prosesin müsbət yekunlaşacağına ümid etdiyini vurğulayıb.

Mövzuya görə xəbərlər