Son dəqiqə

İran ABŞ Donald Tramp Hörmüz boğazı

Hörmüz blokadada - Gəmilər boğazın qapısından geri qayıdır

BAKI,TurkicWorld, Orxan Qədirzadə

"Financial Times" qəzetinin yaydığı məlumatlara görə, Hörmüz boğazından keçməyə cəhd edən bir neçə ticarət gəmisi ABŞ-ın tətbiq etdiyi dəniz blokadası səbəbindən hərəkətini dayandırmaq və ya Oman körfəzinə geri dönmək məcburiyyətində qalıb.

TurkicWorld xəbər verir ki, peyk və naviqasiya məlumatları gəmilərin strateji keçid məntəqəsinə yaxınlaşdıqdan sonra marşrutlarını kəskin şəkildə dəyişdiyini ortaya qoyub. Bu vəziyyət bölgədəki hərbi nəzarətin ticarət axınına birbaşa təsir etdiyini və dəniz nəqliyyatında qeyri-müəyyənliyin artdığını göstərir.

ABŞ-ın dəniz blokadası bölgədəki gərginliyin ən yüksək həddə çatdığı bir vaxtda tətbiq edilir və bu, xüsusilə enerji daşımaları üçün ciddi risklər yaradır. Gəmilərin geri dönməsi beynəlxalq sığorta şirkətlərini və yükdaşıma agentliklərini də təşvişə salıb, çünki Hörmüz boğazı qlobal neft ticarətinin əsas damarlarından biri hesab olunur. Hazırda bir çox gəmi Oman körfəzində gözləmə mövqeyi tutaraq təhlükəsizlik zəmanəti və yeni təlimatlar gözləyir.

Mövzuya görə xəbərlər