BAKI, TurkicWorld
“Facemark” və “Mutfakçı” şirkətlərinin birgə təşkilatçılığı ilə 8–9 may 2026 tarixlərində “Sea Breeze Event Hall”da interyer, inşaat, memarlıq və mebel sahələrinin aparıcı mütəxəssislərini, innovativ şirkətlərini və peşəkar icmasını bir araya gətirəcək İnteryer, İnşaat, Memarlıq və Mebel Forumu 2026 keçiriləcək.
TurkicWorld xəbər verir ki, “Həyat Keyfiyyəti” konsepti əsasında keçiriləcək forum şəhərsalmadan başlayaraq inşaatın əsas mərhələləri, memarlıq həlləri, interyerin funksionallığı və mebelin yaratdığı komfortu əhatə edən bütün dəyər zəncirinə vahid və kompleks yanaşma təqdim edəcək.
Tədbir “Gobustone”, “Spark Beton” və “AAC” şirkətlərinin sponsorluğu, “Azmade Group” şirkətinin panel sponsorluğu ilə baş tutacaq.
I Panel: İnşaatda Yeni baxışlar
Bu panel çərçivəsində müasir inşaat sektorunda tətbiq olunan innovativ yanaşmalar, dayanıqlı və ağıllı tikinti həlləri, həmçinin urbanizasiya prosesinin yeni trendləri müzakirə olunacaq.
Panel zamanı “Spark” şirkətinin kommersiya direktoru Bahadır Akan, “Azmade Group” şirkətinin Qrup Marketinq Rəhbəri Sənan Orucov, “YEKACO” Memarlıq və Layihələndirmə şirkətinin təsisçisi Yeganə Abdullayeva, “Flax project” şirkətinin təsisçi və direktoru Gülər Əmirahova, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintinin təşkili və təhlükəsizliyi işlərinə nəzarət şöbəsinin müdiri Meybulla Babayev, “Crystal Group of Companies” şirkətinin təsisçisi və Müşahidə Şurasının sədri Pərviz Vəliyev spikerlər qismində çıxış edəcəklər. İqtisad üzrə fəlsəfə doktoru, "Mutfakçı" şirkətinin rəhbəri və İM Forumun həmtəsisçisi İlkin Manafov panelin moderatoru olacaq.
II Panel: Dəyər qazanan əmlaklar
Bu paneldə əmlakın dəyər qazanmasında idarəetmə, memarlıq həlləri, interyer dizayn və ümumi konsept yanaşması müzakirə olunacaq. Panelin spikerləri – “Studiodesign.interiors” şirkətinin dizayn ofisinin direktoru və interyer dizayneri Aysun Ağayeva, “Opera Group” şirkətinin təsisçisi Firdovsi Xəlilov, “Facility Management Group” şirkətinin direktoru İlham Allahverdiyev, "Akkiraz Interiors" şirkətinin təsisçisi, tanınmış memar Emre Akkiraz, memar və interyer dizayner Şəfiqə Zeynalova, İqtisad üzrə fəlsəfə doktoru, "Mutfakçı" şirkətinin rəhbəri və İM Forumun həmtəsisçisi İlkin Manafov panelin moderatoru olacaq.
III Panel: “Açar təslim” - Mebel, İnteryer
“Le Corbi Design Studio” şirkətinin təsisçisi Məsumə Hüseynova, “Arzudesignstudio” şirkətinin təsisçisi və direktoru Arzu Quliyeva, interyer dizayner Könül Məmmədzadə, “Design Bureau” şirkətinin memarlıq ofisinin direktoru və peşəkar memar Fizuli Əliyev, “G-Stonebaku” şirkətinin təsisçisi Qabil Qasımov və panelin moderatoru İqtisad üzrə fəlsəfə doktoru, "Mutfakçı" şirkətinin rəhbəri və İM Forumun həmtəsisçisi İlkin Manafov layihədən istehsala, dizayndan tətbiq mərhələsinə qədər olan bütün proseslərin inteqrasiyası və müasir yanaşmalar müzakirələr edəcəklər.
Bu forum yalnız müzakirə mühiti deyil, həm də eyni məqsəd ətrafında birləşən peşəkarların ideyalarını paylaşdığı, yeni yanaşmalar formalaşdırdığı və gələcəyə yön verən bir platformadır. Sizi bu iki gün ərzində sahəmizin inkişafına töhfə verəcək yeni düşüncələr və baxış bucaqları ilə tanış olmağa dəvət edirik.
Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA İnteryer, İnşaat, Memarlıq və Mebel Forumu 2026-nın rəsmi media tərəfdaşıdır.
Ətraflı məlumat və qeydiyyat üçün forumun rəsmi saytına və ya sosial hesablarına daxil ola bilərsiniz: www.imforumbaku.az
Instagram: @imforumbaku
Facebook: IM Forum Baku
LinkedIn: IM Forum Baku




