BAKI,TurkicWorld
Bakıda keçiriləcək Bloger və İnfluenserlər Forumu öncəsi spikerlərlə görüş təşkil olunub.
TurkicWorld xəbər verir ki, Azərbaycan rəqəmsal kontent və sosial media sahəsində ilk dəfə təşkil olunan forum 6 iyun tarixində Bakı Konqres Mərkəzində “Facemark” şirkətinin təşkilatçılığı ilə baş tutacaq.
Görüş zamanı forumun proqram axını, panel mövzuları və iştirakçılar üçün nəzərdə tutulan yeniliklər müzakirə edilib.
Tədbirin əsas məqsədi ölkənin aparıcı bloger və influenserlərini, marketinq və kommunikasiya sahəsinin nümayəndələrini bir platformada bir araya gətirməkdir.
Forum altı panel üzrə keçiriləcək:
Zal 3:
Əyləncə və yumor – Moderator: Pərviz Hüseynli; Spikerlər: Azər Aydəmirov, Elcan Rəsulov, Rəfin Cəfərov, Ervin Paşa. Sosial mediada kontent, videoməzmun və şəxsi brend formalaşdırılması mövzuları müzakirə olunacaq.
İdman və sağlamlıq – Moderator: Vəfa Şeydayeva; Spikerlər: Fərid Eyyubov, Gulya Əliyeva, Fövqi Əfəndi. Sağlam həyat tərzi, idmanın gündəlik həyata təsiri və sosial mediada sağlamlıq kontenti mövzusunda fikir mübadiləsi aparılacaq.
Biznes və şəxsi brendinq – Moderator: Aynur Xəlilova; Spikerlər: Anar Ağakişiyev, Tural Yusifov, İlkin Qəhrəmanlı, Esmira Quluzadə, Əliyar Qasımov. Şəxsi brendin biznes uğuruna təsiri və sosial mediada etibarın qurulması müzakirə olunacaq.
Zal 4:
İnsan və mədəniyyət – Məruzəçi: Rahib Azəri; Moderator: DJ Fateh; Spikerlər: Aqşin Yenisey, Müşfiq Ötgün, Elməddin Cəfərov, Orxan Fərəcli. İnsan faktorunun və mədəniyyətin cəmiyyətə və biznesə təsiri müzakirə ediləcək.
Həyat tərzi və səyahət – Spikerlər: Nərmin Knyazlı, Sevda Məmməd, Azər Qərib, Tina Orucova, Günel Qurbanova, Toğrul Qurbanov. Səyahət və həyat tərzi kontenti, turizm və sosial media strategiyaları əhatə olunacaq.
Mətbəx və yemək – Moderator: Vüsalə Əlizadə; Spikerlər: Kənan Bədəlov, Miryusif Mirzəzadə, Nigar Asgar, İnci Həsənzadə. Kulinariya, yemək mədəniyyəti və gastronomiyanın rəqəmsal mediada rolu müzakirə olunacaq.
Forum iştirakçılarına Milli Marketinq Forumunda iştirak imkanı da təqdim olunacaq, beləliklə həm marketinq, həm də rəqəmsal kontent ekosistemi bir arada kəşf ediləcək. Biletlər bifbaku.az saytından əldə oluna bilər.
Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA Bloger və İnfluenserlər Forumunun rəsmi media tərəfdaşıdır.







