Son dəqiqə

Azərbaycan İran

Rusiya XİN: Azərbaycan rusiyalıların təxliyəsinə kömək edib

Bakı. TurkicWorld:

Azərbaycan İrandan xarici vətəndaşların çıxarılması prosesində mühüm rol oynayıb və bu istiqamətdə Rusiya vətəndaşlarına da dəstək göstərib.

TurkicWorld-un məlumatına görə, bu barədə Aleksey Klimov Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin rəhbəri — TASS agentliyinə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Bakı tərəfi Astara sərhəd keçid məntəqəsi vasitəsilə keçid üçün şərait yaradıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatlara start verilib. Hadisələr fonunda ölkədə təhlükəsizlik vəziyyəti kəskinləşib və nəticədə bir sıra yüksək vəzifəli şəxslər, o cümlədən Ali lider Əli Xamenei həyatını itirib. Bundan sonra isə "Astara" sərhədindən xarici vətəndaşların Azərbaycana təxliyəsi prosesi başlayıb.

Mövzuya görə xəbərlər