Son dəqiqə

TOBB Türkiyə və ABŞ iqtisadi münasibətləri Türkiyə Ticarət və Sənaye Palatası

ABŞ şirkətlərinin Türkiyəyə sərmayəsi 9 milyard lirəni ötüb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-ci ilin yanvar-aprel ayında Türkiyədə ABŞ kapitalı ilə 25 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 şirkət çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan ABŞ şirkətlərinin məcmu kapitalı 9 milyard 62 milyon 393 min 500 türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 21 milyon 550 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-aprel ayında ABŞ şirkətlərinin əksəriyyəti İstanbulda (21) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən ABŞ şirkətlərinin ümumi kapitalı 9 milyard 52 milyon 143 min 500 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-aprel ayında Türkiyədə ABŞ kapitalı ilə 8 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər