Son dəqiqə

TOBB Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyə Ticarət və Sənaye Palatası Türkiyədə Böyük Britaniya kapitallı 50 yeni şirkət Türkiyədə qeydiyyata alınan Britaniya kapitallı şirkətlər

İngilis şirkətləri Türkiyəyə 842 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Böyük Britaniya kapitallı 50 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 şirkət çoxdur.

Bu barədə TurkicWorldTürkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Britaniya kapitallı şirkətlərin ümumi kapitalı 842 milyon 400 min 75 türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 349 milyon 955 min 800 türk lirəsi olub.

TOBB-un məlumatına görə, 2026-cı ilin ilk altı ayında qeydiyyata alınan Britaniya kapitallı şirkətlərin böyük hissəsi – 30 şirkət İstanbulda fəaliyyətə başlayıb.

"İstanbulda qeydiyyata alınan Britaniya şirkətlərinin ümumi kapitalı 789 milyon 350 min 25 türk lirəsi təşkil edib", – deyə qurumdan bildirilib.

Məlumata əsasən, bu ilin yanvar–iyun aylarında Türkiyədə yaradılan Britaniya kapitallı şirkətlərin 22-si ticarət sektorunda qeydiyyata alınıb. Digər şirkətlər isə sənaye, logistika, xidmət, istehsal, informasiya texnologiyaları və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir.

Mövzuya görə xəbərlər