Son dəqiqə

Türkiyə İsrail ABŞ Rəcəb Tayyib Ərdoğan Donald Tramp Türkiyə və ABŞ iqtisadi münasibətləri müdafiə sənayesi

Tramp Türkiyəni tərifləyib, Ərdoğanı "dost" adlandırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp Türkiyəni etibarlı müttəfiq kimi qiymətləndirib və Prezident Rəcəb Tayyib Ərdoğanı "dost" adlandırıb. O, Türkiyəyə F-35 qırıcılarının satışına etirazlarla bağlı suala cavab verərkən silah satışları ilə bağlı qərarları yalnız ABŞ administrasiyasının verəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Donald Tramp jurnalistlərin İsrailin Türkiyəyə F-35 qırıcılarının satılmasına qarşı çıxması ilə bağlı sualını cavablandırarkən Türkiyənin onun üçün "çox yaxşı müttəfiq" olduğunu deyib.

ABŞ Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "dost" adlandıraraq iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirib.

Tramp silah satışları ilə bağlı qərarlara üçüncü tərəflərin təsir göstərə bilməyəcəyini vurğulayıb. O, "Heç kim mənə nəyi satmalı, nəyi satmamalı olduğumuzu diktə etmir" ifadəsini işlədib.

Trampın açıqlamasında Türkiyəyə F-35 qırıcılarının mümkün satışı ilə bağlı hər hansı konkret qərarın qəbul edildiyi bildirilməyib. İsrail və Türkiyə tərəfi isə bu açıqlamalarla bağlı hələlik rəsmi münasibət açıqlamayıb.

Mövzuya görə xəbərlər